“Qalatasaray”da daha bir müqavilə

Tokio, 17 yanvar , /AJMEDIA/

İstanbulun “Qalatasaray” klubu yarımmüdafiəçisi Özgür Baran Aksakanın müqavilə müddətini uzadıb.
AJMEDIA xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
On doqquz yaşlı futbolçu yeni müqaviləyə əsasən, 2025/2026-cı il mövsümünün sonunadək İstanbul klubunda qalacaq.
Aksaka “Qalatasaray”ın öz yetirməsidir. Dayaq yarımmüdafiəçisi İstanbul klubunun əsas komandasında 3 oyun keçirib.
“Qalatasaray” ötən gün digər gənc futbolçusu Emin Bayramla da yeni müqavilə imzalandığını açıqlamışdı.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts