Ölkə kubokunda son 6 mövsümün rekordu təkrarlanıb

Tokio, 10 dekabr , /AJMEDIA/

Futbol üzrə Azərbaycan kuboku yarışının dörddəbir final mərhələsinin ilk oyunlarında 13 qol vurulub. Bu, son 6 mövsümün rekordudur.
AJMEDIA Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, dörddəbir finalın ilk matçlarında daha çox qolun vurulmasına sonuncu dəfə 2016/2017-ci il mövsümündə təsadüf olunub. Həmin vaxt 4 görüşdə 14 qol vurulub. Bu qarşılaşmalar üçün mütləq rekord 2006/2007-ci il mövsümündə qeydə alınıb. Dörddəbir finalın 2007-ci ildə baş tutan ilk oyunlarında 17 qol vurulub.
Qeyd edək ki, ötən mövsüm bu rəqəm 8-ə bərabər olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts