Nyu-York qubernatoru meymunçicəyi ilə bağlı fövqəladə vəziyyət elan edib

Tokio, 30 iyul , /AJMEDIA/

Nyu-Yorkun qubernatoru Keti Hokul ştat ərazisində meymunçicəyinə yoluxma hallarının artması səbəbindən cümə günü fövqəladə vəziyyət rejimi elan edib.
AJMEDIA Amerika mediasına istinadla xəbər verir ki, qubernatorun sözlərinə görə, Birləşmiş Ştatlarda meymunçicəyinə yoluxma hallarının dörddəbiri Nyu-York ştatının payına düşür. “Mən və komandam daha çox vaksinlə təmin etmək, testləşməni genişləndirmək, ictimaiyyəti yayılan xəstəlikdən necə qorunmaq barədə məsuliyyətlə məlumatlandırmaq üçün gecə-gündüz işləyirik”, – deyə Keti Hokul əlavə edib.
ABŞ-ın xəstəliklərə nəzarət və profilaktika üzrə federal mərkəzlərinin məlumatına əsasən, iyulun 29-dək Nyu-York ştatında meymunçicəyinə 1345 yoluxma halı qeydə alınıb. Yoluxma göstəricisinə görə ikinci yerdə Kaliforniya ştatıdır – 799 nəfər.
Hazırda dünyada meymunçicəyinə 22 mindən çox yoluxma faktı aşkarlanıb. Onların 70 faizi Avropada qeydə alınıb. İyulun 23-də Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi infeksiyasının yayılmasını səhiyyə sahəsində beynəlxalq miqyasda narahatlıq doğuran fövqəladə hal elan edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts