NATO-da Rusiya ilə münasibətlərin gələcəyi barədə fikir ayrılığı var

Tokio, 7 aprel , /AJMEDIA/

NATO-ya üzv ölkələr Ukrayna ətrafında yaranan vəziyyətlə bağlı Rusiyaya qarşı sonrakı addımlar barədə razılığa gələ bilmir.

AJMEDIA “The New York Times” qəzetinə istinadla xəbər verir ki, Baltikyanı ölkələr və Polşa Moskva ilə münasibətlərin tamamilə kəsilməsində israrlı olduğu halda, Fransa, Almaniya və Türkiyə mövcud vəziyyətdən asılı olmayaraq, Rusiya ilə əlaqələrin qorunub saxlanılmasını zəruri hesab edirlər.

Qeyd edək ki, aprelin 6-7-də Belçikanın paytaxtı Brüsseldə NATO ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilir. Görüşdə müzakirə olunan məsələlərdən biri də alyansın Ukraynadakı vəziyyətlə bağlı fəaliyyətidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts