NASA “Artemida-1” missiyasını həyata keçirməyə hazırdır

Tokio, 29 avqust , /AJMEDIA/

NASA insanın Aya endirilməsi üzrə “Artemida-I” missiyasının tarixi əhəmiyyətli test buraxılışına hazırdır. Ötən həftə “Kosmik buraxılış sistemi” (Space Launch System / SLS) daşıyıcı raket və “Orion” kosmik aparatı Kennedi Kosmik Mərkəzinin 39-B meydançasına çıxarılıb.
AJMEDIA NASA-nın nümayəndəsi Meqan Kruzun bazar günü televiziya ilə keçirilən brifinqdəki çıxışına istinadla xəbər verir ki, start kompleksinin Şərq vaxt qurşağı üzrə səhər saat 08:33-də başlanan iki saatlıq “pəncərə” ərzində həyata keçirilməsi planlaşdırılır. NASA-nın sınaqlar üzrə direktoru Ceff Spoldnq deyib: “Geriyə hesabın ilk günü bizim üçün həqiqətən yaxşı gündür. Dünən saat 09:53-də geriyə hesaba başladıb və saatları səhər 10:23-ə qurduq. O vaxtdan çox səylə çalışırıq. Bütün gün ərzində və axşam sınaqlar keçiririk”.
ABŞ Kosmik Qüvvələrinin meteoroloqu Melodi Lovin bazar günü bildirib ki, missiyanın həyata keçiriləcəyi rayonda şənbə günündən başlanan yağış və tufan davam edir. Lovin daha sonra əlavə edib ki, əgər “Artemida-1” avqustun 29-da iki saatlıq “pəncərə”yə düşə bilməsə, bu halda uçuş ya cümə günü, sentyabrın 2-də, ya da bazar ertəsi sentyabrın 5-də keçiriləcək. Uçuşun əsas məqsədi “Orion” 2024-cü ilin may ayında Ayın orbitinə yola düşəcək sərnişinləri oraya çatdıra biləcəyini yəqin etməkdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts