Klublararası dünya çempionatı Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək

Tokio, 21 Oktyabr, /AJMEDIA/

Futbol üzrə klublararası dünya çempionatı Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək.

AJMEDIA xarici KİV-ə istinadla xəbər verir ki, bununla bağlı qərar FIFA Şurasının iclasında qəbul olunub. 2022-ci ilin əvvəlində təşkili planlaşdırılan turnirin dəqiq tarixi daha sonra açıqlanacaq.

Qeyd edək ki, daha əvvəl Yaponiya klublararası dünya çempionatına ev sahibliyi etmək istəsə də, sonradan ölkə hakimiyyəti koronavirusla əlaqədar vəziyyətə görə qərarını dəyişib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts