İndoneziyaya koronavirusa qarşı 6,5 milyon doza peyvənd gətirilib

Tokio, 30 Oktyabr, /AJMEDIA/

Oktyabrın 29-da İndoneziyaya COVID-19-a qarşı ümumilikdə 6,5 milyon doza peyvənd gətirilib. Buna həm “Pfizer”, həm “AstraZeneca”, həm də “Sinovac” şirkətlərinin peyvəndləri daxildir.

AJMEDIA ANTARA agentliyinə istinadla xəbər verir ki, bu dəfə gətirilən peyvəndlər nəticəsində ölkə üzrə ümumi ehtiyatın həcmi 312 milyon dozanı ötüb.

Bu barədə məlumat verən İndoneziya Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Siti Nadiya Tarmazi bildirib ki, bu, “Pfizer” şirkətinin ölkəyə gətirilən peyvəndlərinin 105-ci, “AstraZeneca” şirkətinin 106-cı və “Sinovac” şirkətinin 107-ci partiyasıdır.

Xanım S.N.Tarmazi əlavə edib ki, bu peyvəndlərin hamısı hazır məhsuldur və müvafiq ticarət sxemi yolu ilə alınıb. Ölkəyə gətirilən yeni peyvənd partiyası vaksinasiya prosesini daha da sürətləndirməyə və yoluxmanın yayılmasının qarşısını almağa mühüm təsir göstərəcək.

Hökumətin regionlarda peyvəndləməni sürətləndirmək niyyətində olduğunu qeyd edən S.N.Tarmazi bunun üçün kifayət qədər ehtiyatın olduğunu da bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts