İlon Mask: Bərpaolunan enerji mənbələrinə keçid 30-40 il vaxt aparacaq

Tokio, 15 fevral , /AJMEDIA/

Ənənəvi enerji mənbələrindən bərpaolunan enerji mənbələrinə tam keçid yaxın zamanlarda mümkün deyil və buna on illərlə vaxt lazımdır.
AJMEDIA xəbər verir ki, bu barədə amerikalı biznesmen İlon Mask Dubayda keçirilən Dünya Hökumətləri Sammitində videoəlaqə vasitəsilə çıxışı zamanı deyib.
“Bərpaolunan enerji mənbələrinə, külək və günəş enerjisinə, elektrik avtomobillərinə keçidin başladığı aydındır. Bu sahə sürətlə inkişaf edir, lakin ənənəvi enerji mənbələrinə əsaslanan hazırkı iqtisadiyyatın böyük sənaye bazası var. Hətta bu gündən başlayaraq dünyada istehsal olunan bütün avtomobillər elektrik mühərriki ilə buraxılsa belə, hazırda istifadədə olanların dəyişdirilməsi 20 il vaxt aparacaq”, – deyə İlon Mask bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts