“Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin banisidir” mövzusunda dəyirmi masa keçirilib

Tokio, 2 may , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, “Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin banisidir” mövzusunda dəyirmi masa keçirilib.
Mayın 2-də Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının qərargahında “Heydər Əliyev İli” çərçivəsində və ulu öndərin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin banisidir” mövzusunda dəyirmi masa keçirilib.
Qaradağ rayon Gigiyena və Epidemiologiya Mərkəzinin kollektivi ilə birlikdə keçirilən tədbirdə qonaqları salamlayan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev çoxəsrlik tariximizə ekskursiya edərək Azərbaycan xalqının çox böyük tarixi şəxsiyyətlər, sərkərdələr, şair və yazıçılar, bəstəkarlar və digərlərinj yetişdirdiyini xatırladıb. O, ulu öndər Heydər Əliyevin də bütün tarixi dövrlər üçün xalqımızın yetirdiyi ən layiqli şəxsiyyətlərdən, dünyaşöhrətli siyasətçilərdən və dövlət xadimlərindən biri olduğunu qeyd edərək onun böyük zəhməti, titanik siyasi fəaliyyəti, yorulmaz əməyi nəticəsində bugünkü müasir Azərbaycan dövlətinin dünya miqyasında qazandığı uğurlardan danışıb. O, Heydər Əliyevi başqa dünyaşöhrətli dövlət xadimləri ilə müqayisə edərək bir siyasi lider və dövlət xadimi kimi ulu öndərin bənzərsiz xüsusiyyətlərindən danışıb.
Qafar Əliyev bildirib ki, Ulu öndərin əsasını qoyduğu siyasi kursun və strateji inkişaf xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam edirilməsi Azərbaycanı regionun lider dövlətinə çevirməklə yanaşı, müasir tələblərə cavab verən, modern silahlarla təchiz edilmiş Silahlı qüvvələrin formalaşmasına şərait yaradıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi dövründə isə ordumuz qısa bir müddətdə düşməni darmadağın edərək 30 ilə yaxın bir dövrdə işğal altında olmuş torpaqları azad edib.
Qafar Əliyev vurğulayıb ki, 2020-ci ilin sentyabrın 27-də başlanan 44 Günlük Vətən müharibəsi nəticəsində əldə edilən Böyük Tarixi Qələbənin kökündə də Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi inkişaf strategiyası dayanır. Bu strategiyanın Prezident İlham Əliyev tərəfindən yaradıcı şəkildə davam etdirilməsi və tətbiqi nəticəsində həm işğal altında olan ərazilərimiz azad edilib, həm də həmin ərazilərimizə böyük qayıdışı həyata keçirməyə, quruculuq və abadlıq işlərinə başlanılıb.
Dəyirmi masada çıxış edənlər – Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Sevil Bədəlova, YAP Qaradağ rayon təşkilatının ideloji məsələlər üzrə məsləhətçisi Vüqar Ağayev, mərkəzin əməkdaşı, ərazi partiya təşkilatının sədri Xanım Tanrıverdiyeva və digərləri müstəqil Azərbaycan dövlətinin formalaşmasında və inkişafında Ümummilli lider Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən danışıblar.
Sonda xatirə fotosu çəkilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts