Fumio Kişida: Yaponiya öz astronavtlarını 2020-ci illərin sonunda Aya çıxarmağı planlaşdırır

Tokio, 28 dekabr, /AJMEDIA/

Yaponiya hökuməti öz astronavtlarını 2020-ci illərin sonunda Aya çıxarmağı planlaşdırır.

AJMEDIA xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida dekabrın 28-də Tokioda kosmik məkanın tədqiqatları üzrə strategiyaya həsr olunan toplantı zamanı bildirib.

Baş nazir bildirib ki, Aya eniş Yerin peykində ABŞ ilə əməkdaşlıq şəraitində aparılacaq geniş tədqiqatlar çərçivəsində həyata keçiriləcək.

Qeyd edək ki, Yaponiya Kosmik Tədqiqatlar Agentliyi (JAXA) cari ilin dekabrında həmin layihədə iştirak etmək istəyən astronavtların müraciətlərini qəbul etməyə başlayıb. Müsabiqənin gələn il martın 4-dək davam edəcəyi bildirilir.

Hazırda JAXA-nın astronavtlar qrupuna yeddi nəfər daxildir və onların orta yaş həddi 52-yə bərabərdir. 2030-cu illərdə Ayda fəal tədqiqatlar başlayan zaman bu astronavtlardan yalnız ikisinin qalacağı, digərlərinin təqaüdə çıxacağı gözlənilir.

Xatırladaq ki, 2019-cu ilin yazında NASA Ayın tədqiqi ilə əlaqədar “Artemis” layihəsini elan edib. Bu layihənin üçüncü mərhələsində, 2020-ci illərin sonlarında Yerin peykinə astronavtların çıxarılması nəzərdə tutulur.

Rəsmi Tokio 2019-cu ildə bu proqrama qatılacağını bəyan edib. Bu məqsədlə Yaponiya Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiyalar Nazirliyi ilə Nasa arasında Ayın birgə tədqiqi barədə razılaşma da imzalanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts