Fransada prezident seçkiləri keçirilir

Tokio, 24 aprel , /AJMEDIA/

Bu gün Fransada prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb. Paris vaxtı ilə saat 08:00-da ölkə üzrə 70 min seçki məntəqəsi açılıb.

AJMEDIA-nın məlumatına görə, Seçici siyahılarında 48,7 milyon Fransa vətəndaşı qeydə alınıb.

Fransalılar ikinci tura keçən iki namizəd arasında seçim etməli olacaqlar. 2017-ci ildə prezident seçilən Fransa prezidenti Emmanuel Makron yaratdığı “Respublika yürüşdə” hərəkatının dəstəyi ilə ikinci müddətə namizədliyini irəli sürüb. Onun rəqibi olan deputat Marin Le Penin namizədliyi “Milli Birlik” partiyası tərəfindən irəli sürülüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts