Eldəniz Əzizli: Əsas hədəf İslamiadada qələbə qazanmaq idi

Tokio, 13 avqust , /AJMEDIA/

Əsas gücümü ikinci hissəyə saxlamışdım. Rəqibimin parterdə mənə heç nə edə bilməyəcəyini bilirdim.
AJMEDIA xəbər verir ki, bu sözləri V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli jurnalistlərə müsahibəsində bildirib.
O, finaldakı rəqibi – özbəkistanlı Jasurbek Ortikboyevlə qarşılaşmasından danışıb. Rəqibin onun qolunu dişləmək istəməsinə münasibət bildirən idmançı deyib ki, güləşdir, hər şey ola bilər: “Dişi qoluma dəydi. Bunu təbii qarşılamaq və qıcıqlanmamaq lazımdır. Əks-təqdirdə nəzarəti itirə bilərsən. Əsas hədəf İslamiadada qələbə qazanmaq idi. Şükürlər olsun ki, arzuma çatdım”.
E.Əzizli sentyabrda Serbiyanın paytaxtı Belqradda təşkil ediləcək dünya çempionatında qalib olmağı qarşıya məqsəd qoyduğunu bildirib: “Azərbaycanın yunan-Roma güləşi tarixində yalnız Fərid Mansurov ikiqat dünya çempionu adına layiq görülüb. Mən isə bu sevinci bir dəfə yaşamışam. Hədəf ikinci dəfə dünya çempionu titulunu qazanmaqdır”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts