Co Bayden növbəti dəfə prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir

Tokio, 5 oktyabr , /AJMEDIA/

Ağ ev ABŞ-ın hazırkı Prezidenti Co Baydenin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini təsdiqləyib.
AJMEDIA xəbər verir ki, bu barədə Ağ evin nümayəndəsi Karin Jan-Pyer Vaşinqtonda keçirilən brifinqdə bildirib.
Co Bayden amerikalı fəal, Afrika əsilli amerikalıların hüquqlarının müdafiəçisi, rahib El Şarptonla şəxsi söhbətində ikinci prezidentlik müddətinə seçilmək üçün namizədliyini irəli sürmək niyyətində olduğunu deyib. Brifinq zamanı Karin Jan-Pyer bu məlumatı təsdiqləyib.
Eyni zamanda, Ağ evin nümayəndəsi “Hatch” qanununa görə 2024-cü il seçkiləri barədə çox danışa bilməyəcəyini qeyd edib. Həmin qanun icra hakimiyyəti üzvlərinə siyasi bəyanatlar verməyi qadağan edir.
ABŞ mediası Birləşmiş Ştatların hazırkı Prezidenti Co Bayden növbəti prezident seçkilərində iştirakını 2023-cü ilin əvvəlində rəsmən elan edəcəyini yazır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts