Co Bayden Britaniyanın Baş naziri Liz Trassın istefasını şərh edib

Tokio, 21 oktyabr , /AJMEDIA/

ABŞ Prezidenti Co Bayden Böyük Britaniyanın Baş naziri Liz Trassın istefasını şərh edərkən, onu Rusiya işğalı ilə mübarizədə Ukraynaya yardım edən əla tərəfdaş adlandırıb.
AJMEDIA “The New York Times” qəzetinə istinadla xəbər verir ki, Co Bayden bu barədə jurnalistin müvafiq sualına cavabında bildirib.
“Liz Trass Rusiya və Ukraynaya münasibətdə böyük tərəfdaş idi. Britaniyalılar isə öz problemlərini həll etməyə hazırlaşır”, – Birləşmiş Krallığın hökumət başçısının istefasının düzgün addım olub-olmadığını birbaşa söyləməkdən yayınan ABŞ prezidenti belə deyib.
Bir müddət öncə Co Bayden Londondakı sarsıntılar fonunda Britaniya hökumətini dəstəkləyən bəyanat verib. “ABŞ və Böyük Britaniya güclü müttəfiqlər və əsl dostlardır – bu heç vaxt dəyişməyəcək. Baş nazir Liz Trassa bir sıra məsələlərdə tərəfdaşlığına görə təşəkkür edirəm. Biz Böyük Britaniya hökuməti ilə sıx əməkdaşlığımızı davam etdirəcəyik və ölkələrimizin üzləşdiyi qlobal problemlərin həlli istiqamətində birgə çalışacağıq”, – deyə ABŞ prezidenti bəyanatında vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts