Çempionlar Liqası: Səkkizdəbir finala vəsiqə qazanan növbəti üç komandanın adı bəlli olub

Tokio, 26 oktyabr , /AJMEDIA/

UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun daha altı oyunu keçirilib. Nəticədə səkkizdəbir finala vəsiqə qazanan növbəti üç komandanın adı bəlli olub.
AJMEDIA xəbər verir ki, E qrupunda Zaqreb “Dinamo”su Xorvatiyada İtaliya “Milan”ını qəbul edib. Ev sahibləri 0:4 hesabı ilə məğlub olub.
F qrupunda Almaniyanın “Leyptsiq” komandası İspaniya “Real Madrid”inə 3:1 hesabı ilə qalib gəlib. Digər matçda isə Ukraynanın “Şaxtyor” (Donetsk) komandası Şotlandiyada “Seltik”lə heç-heçə edib – 1:1.
G qrupunda Dortmund “Borussiya”sı İngiltərənin “Mançester Siti” klubu ilə qolsuz heç-heçə edərək, adını pley-offa yazdırıb.
H qrupunda isə Fransanın “PSJ” klubu evdə İsrailin “Makkabi” (Hayfa) komandasını 7:2 hesabı ilə darmadağın edib. Portuqaliya “Benfika”sı isə İtaliya “Yuventus”una 4:3 hesabı ilə qalib gəlib. Bununla da “PSJ” və “Benfika” komandaları növbəti mərhələyə adlayıblar.
Çempionlar Liqası
Qrup mərhələsi, V tur
25 oktyabr
E qrupu
“Zaltsburq” (Avstriya) – “Çelsi” (İngiltərə) – 1:2
Qollar: Çikvubuyke Adamu, 49 – Mateo Kovaçiç, 23. Kay Haverts, 64
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Milan” (İtaliya) – 0:4
Qollar: Matteo Qabbiya, 39. Rafael Leao, 50. Olivye Jiru, 59 (penalti). Robert Lyubiçiç, 69 (avtoqol)
Xal durumu: “Çelsi” – 10, “Milan” – 7, “Zaltsburq” – 6, “Dinamo” – 4
F qrupu
“Seltik” (Şotlandiya) – “Şaxtyor” (Donetsk, Ukrayna) – 1:1
Qollar: Giorqos Giakumakis, 34 – Mixail Mudrik, 58
“Leyptsiq” (Almaniya) – “Real Madrid” (İspaniya) – 3:2
Qollar: Yoşko Qvardiol, 13. Kristofer Nkunku, 18. Timo Verner, 81 – Vinisius Junior, 44. Rodriqo, 90+3 (penalti)
Xal durumu: “Real Madrid” – 10, “Leyptsiq” – 9, “Şaxtyor” – 6, “Seltik” – 2
G qrupu
“Sevilya” (İspaniya) – “Kopenhagen” (Danimarka) – 3:0
Qol: Yussef En-Neseri, 61. İsko, 88. Qonsalo Montiel, 90+2
“Borussiya” (Dortmund, Almaniya) – “Mançester Siti” (İngiltərə) – 0:0
Xal durumu: “Mançester Siti” – 11, “Borussiya” – 8, “Sevilya” – 5, “Kopenhagen” – 2
H qrupu
PSJ (Fransa) – “Makkabi” (Hayfa, İsrail) – 7:2
Qollar: Lionel Messi, 19; 45. Kilian Mbappe, 32; 64. Neymar, 35. Şon Qoldberq, 67 (avtoqol). Karlos Soler – Abdulaye Sek, 38; 50
“Benfika” (Portuqaliya) – “Yuventus” (İtaliya) – 4:3
Qollar: Antoniu Silva, 17. Joau Mariu, 28 (penalti). Rafa Silva, 35; 50 – Moyze Kin, 21. Arkadiuş Milik, 77. Ueston Makkenni, 79
Xal durumu: PSJ – 11, “Benfika” – 11, “Yuventus” – 3, “Makkabi” – 3
Qeyd edək ki, daha əvvəl İtaliyanın “Napoli”, Belçikanın “Brügge”, Almaniyanın “Bavariya”, İspaniyanın “Real Madrid”, İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları pley-off vəsiqəni təmin ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts