Bu gün “Qarabağ” klubunun UEFA Çempionlar Liqasındakı ilk rəqibi müəyyənləşəcək

Tokio, 14 iyun , /AJMEDIA/

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında birinci təsnifat mərhələsinin püşkü atılacaq.
AJMEDIA xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq püşkatmada Azərbaycan çempionu Ağdamın “Qarabağ” klubunun da rəqibi bəlli olacaq.
Komandalar püşkdən əvvəl qruplara bölünüb.
Səpələnmişlər səbətində yer alan Ağdam təmsilçisi Bosniya və Herseqovinanın “Zrinski”, Polşanın “Lex”, Maltanın “Hibernians”, Şimali Makedoniyanın “Şkupi” və Gürcüstanın “Dinamo” (Batumi) komandalarından birinə rəqib olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts