Azərbaycan yığması bu gün Danimarka millisi ilə qarşılaşacaq

Tokio, 12 aprel , /AJMEDIA/

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

AJMEDIA xəbər verir ki, komandamız Viborq şəhərindəki eyniadlı stadionda Bakı vaxtı ilə saat 20:00-da Danimarka millisi ilə qarşılaşacaq.

Oyunu Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Millimizin yer aldığı E qrupuna 21 xalla Danimarka millisi başçılıq edir. Rusiya 15 xalla ikinci, Monteneqro 9 xalla üçüncü, Bosniya və Herseqovina 7 xalla dördüncü, Malta isə 4 xalla beşinci pillədə yer alıblar. Azərbaycan seçməsi 3 xalla sonuncu – altıncı pillədə qərarlaşıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts