ASELSAN ilk dəfə olaraq “Nanorobot” layihəsi üzərində işləyəcək

Tokio, 15 iyul , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Türkiyənin Müdafiə Sənayesi Şirkəti ASELSAN ilk dəfə olaraq “Nanorobot” layihəsi üzərində işləməyə qərar verib

TurkicWorld-un məlumatına görə, layihə çərçivəsində böcək formasında mikroölçülü pilotsuz uçuş aparatı (PUA) istehsal ediləcək.

Məlumata görə, bu, Türkiyədə istehsal edilən ilk böcək ölçüsündə, çırpınan qanadlı mikro PUA olacaq. Hazırda şirkət tərəfindən insansız uçuş aparatının qanadların çırpılma aerodinamikası, ağıllı materiallardan və mexanizmlərdən istifadəsi üzərində tədqiqatlar aparılır.

Bu mikro PUA-lar açıq və qapalı ərazilərdə manevr etmək, rahat daşınan və yüngül çəkidə olmasına baxmayaraq, ağır çəkiləri qaldırma qabiliyyəti kimi bir çox üstünlüklər də vəd edir.

Mikro PUA-lar əsasən axtarış və xilasetmə missiyalar və təhlükəli şəraitlərdə keçirilən əməliyyatlar da daxil olmaqla bir çox vacib əməliyyatlar üçün nəzərdə tutulub

Follow us on social

Facebook Twitter Youtube

Related Posts