Argentina millisi yarımfinalda Xorvatiyaya rəqib olub

Tokio, 10 dekabr , /AJMEDIA/

Futbol üzrə Argentina millisi Qətərdə keçirilən futbol üzrə dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib.
AJMEDIA xəbər verir ki, “Lusail” stadionunda keçirilən oyunda 35-ci dəqiqədə argentinalı Nauel Molina hesabı açıb. Matçın ilk hissəsi Argentina millisinin minimal üstünlüyü ilə başa çatıb – 1:0.
Qarşılıqlı hücumlar şəraitində başlayan ikinci hissədə Messi Argentina millisini hesabda önə keçirib. Forvard 73-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib. Qarşılaşmanın 83-cü dəqiqəsində niderlandlı futbolçu Vaut Veqhorst hesab arasındakı fərqi azaldıb. Matçın 90+11-ci dəqiqəsində V.Veqhorst dubl edərək hesabı bərabərləşdirib – 2:2. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penalti seriyası təyin edilib. Zərbələri dəqiq yerinə yetirən Argentina millisi mərhələ adlayıb – 4:3.
Argentina seçməsi yarımfinalda Xorvatiya millisi ilə qarşılaşacaq.
Qeyd edək ki, dörddəbir final mərhələsinin digər görüşlərində İngiltərə millisi Fransa, Mərakeş seçməsi isə Portuqaliya ilə qarşılaşacaq. Görüşlər dekabrın 10-da oynanılacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts