Apple şirkəti smart saatların təhlükəsizliyinə görə məhkəməyə verilib

Tokio, 11 dekabr, /AJMEDIA/

İstifadəçiyə xəsarət yetirə biləcək qüsurlu Apple Watch batareyasına görə Apple-a qarşı məhkəmə iddiası qaldırılıb.

AJMEDIA xəbər verir ki, iddiaçılar bildiriblər ki, Apple Watch Series 7 istisna olmaqla, Apple-ın bütün nəsil smart saatlarının batareyaları şişir, bu da ekranın zədələnməsinə və ya hətta istifadəçilərə xəsarətlə nəticələnir.

Qeyd olunur ki, Apple Watch-un sıradan çıxması düzgün istifadə edilməməsi ilə deyil, Apple-ın həlləri ilə bağlıdır. Şirkət bütün təhlükəsizlik tədbirlərinə riayət etməməkdə, həmçinin smart saatın içərisində kifayət qədər boş yer buraxmamaqda ittiham olunur.

Bu, batareyanın şişməsinə və Apple Watch ekranının öz yerindən çıxmasına və çatlamasına səbəb olur.

İddiaçılar Apple-dan təzminat və zərərin ödənilməsini, həmçinin Apple Watch qüsurunun ictimaiyyətə açıqlanmasını istəyirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts