Almaniyanı neftlə təmin edən “Drujba” kəmərində sızma baş verib

Tokio, 12 oktyabr , /AJMEDIA/

Oktyabrın 11-də axşam saatlarında Polşanın “Pern” boru operatorunun avtomatlaşdırma sistemləri “Drujba” kəmərində neft sızması aşkar edib.
AJMEDIA Polşa mediasına istinadla xəbər verir ki, qəza Plosk şəhərindən təxminən 70 kilometr məsafədə kəmərin qərb hissəsinin iki xəttinin birində qeydə alınıb.
“Sızma Almaniyanı neftlə təmin edən boruda aşkarlanıb. Hadisənin səbəbləri hələlik məlum deyil. Zədələnmiş boru xətdən ayrılıb, ikinci borunun fəaliyyətində isə heç bir problem yoxdur”, – deyə “Pern” kompaniyasından bildirilib.
İnfrastrukturun digər elementləri, o cümlədən neftin tankerlər vasitəsilə Almaniyaya daşındığı hissəsi ştat rejimində fəaliyyət göstərir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts