Almaniya konserni Ukraynaya 20 ədəd “Leopard 2” tankı satmaq niyyətindədir

Tokio, 26 aprel , /AJMEDIA/

Almaniyanın “Rheinmetall” konserni Ukraynaya satılması planlaşdırılan 88 ədəd “Leopard 1A5” tankına hazırda Bundesverin silahlanmasında olan və müasir tələblərə cavab verən 20 ədəd “Leopard 2” tankını da əlavə edib.
AJMEDIA xəbər verir ki, “Handelsblatt” qəzeti bu barədə öz mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, “Rheinmetall” konserni yaxın zamanlarda Almaniyanın İqtisadiyyat Nazirliyinə bu barədə müvafiq sorğu göndərəcək.
Qeyd edək ki, ötən həftə konsern 88 ədəd “Leopard 1A5” tankının Ukraynaya satılması üçün nazirlikdən icazə istəyib. Sorğu Almaniyanın Federal Təhlükəsizlik Şurasında təsdiqlənsə, hərbi texnika bir neçə həftə ərzində göndərilə bilər.
“Rheinmetall” bundan öncə Ukraynaya 100 ədəd “Marder” markalı piyadaların döyüş maşını, “Krauss-Maffei Wegmann” kompaniyası isə 100 ədəd “PzH 2000” özüyeriyən artilleriya qurğusu satmaq üçün hakimiyyət orqanlarına sorğu göndərib. Tanklarla birgə sövdələşmənin ümumi dəyərinin təxminən 2 milyard avro olduğu bildirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts