Airpods qulaqcıqları istifadəçilərin təhlükəsizliyi təmin etmək üçün onları izləyə biləcəklər

Tokio, 11 iyul , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Apple şirkəti naqilsiz qulaqlıqlarından istifadə edənlərin təhlükəsizliklərini təmin etmək üçün nəzərdə tutulmuş yeni orijinal funksiyanı patentləşdirib.

Sözügedən funksiya hərəkətdə olan zaman musiqiyə qulaq asanların potensial təhlükəli hadisələrdən qorunmaları üçün nəzərdə tutulub. Patentə əsasən yeni texnologiya qulaqlıqların qoşulmuş olduqları cihazda (iPhone və ya Apple Watch) ANC funksiyası ilə GPS modulunun birgə çalışmasına əsaslanır. Beləliklə iPhone və ya Apple Watch-da olan GPS modul peyk məlumatları vasitəsilə istifadəçinin, insanların çox olduqları yol kəsişməsinə yaxınlaşdığını təyin edəndən sonra alqoritm qulaqlıqlarda oxunan musiqinin səsini aşağı sala və ya ümumiyyətlə dayandıra bilər.

Bu üsul ilə sistem istifadəçini diqqətli olmağa çağıracaq. Şirkətin patentində bu funksiyanın alternativ çalışma variantı da mövcuddur. Məsələn istifadəçinin yol boyu hərəkəti zamanı bu sistem istifadəçinin yalnız yol tərəfə istiqamətlənmiş qulağındakı qulaqlığın səsini aşağı sala bilər. Bundan əlavə olaraq əgər istifadəçi velosiped vasitəsilə hərəkət edirsə və GPS modul yolun həddindən artıq yüklənmiş olduğunu güman edirsə AirPods qulaqlıqları yeni sistem vasitəsilə musiqi səsini aşağı sala bilərlər. Bu öz növbəsində istifadəçiyə ətrafda baş verənlərdən agah olmağa imkan verəcək. Qeyd etmək lazımdır ki, Apple şirkətinin bu cür sistemi patentləşdirdiyi, onun dəqiq şəkildə yaxın gələcəkdəki AirPods modellərinə inteqrasiya ediləcəyi mənasını vermir. Ola bilər ki, bu sistem uzaq gələcəkdəki AirPods modellərində reallaşdırılsın.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts