ABŞ Yens Stoltenberqin NATO-nun Baş katibi postunda qalmasını istəyir

Tokio, 22 iyun , /AJMEDIA/

Yens Stoltenberq Şimali Atlantika Alyansının Baş katibi postunda qalacaq.
AJMEDIA xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles “Economist” nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, ABŞ Yens Stoltenberqin NATO-nun Baş katibi postunda qalmasını istəyir. NATO-nun növbəti baş katibi alyansda həll edilməyən çox sayda problemlərlə qarşılaşacaq.
“Yens Stoltenberqin xələfi həm Fransa Prezidenti Emmanuel Makronu, həm də ABŞ-ın dövlət başçısı Cozef Baydeni qane etməlidir”, – deyə britaniyalı nazir əlavə edib.
“Economist” yazır ki, Ben Uolles yaxın vaxtlara qədər bu vəzifədə Yens Stoltenberqi əvəzləyəcəyinə ümid edirdi. ABŞ isə NATO-nun Baş katibi vəzifəsində çox güman ki, Niderlandın Baş naziri Mark Ryutteni görmək istəyərdi, lakin o, artıq iki dəfə bu təklifdən imtina edib.
NATO-nun baş katibi postunu ənənəvi olaraq Avropa ölkələrindən olan siyasətçi tutsa da, onun namizədliyi Ağ ev tərəfindən pərdəarxası təsdiqlənir.
Qeyd edək ki, Yens Stoltenberq 2022-ci il oktyabrın 1-də öz postunu tərk etməli idi. Lakin NATO-ya üzv ölkələrin namizəd barədə fikir ayrılığı səbəbindən onun mandatı 2023-cü il sentyabrın 30-dək uzadılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts