Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Tokio, 9 may , /AJMEDIA/

Prezident Volodimir Zelenski Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyətin 2024-cü il avqustun 11-dək uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.

AJMEDIA xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının rəsmi saytında məlumat verilib.

Qanuna görə, səfərbərlik və hərbi vəziyyət 90 gün, yəni 2024-cü il avqustun 11-dək uzadıldı.

Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri səfərbərlik və hərbi vəziyyət 11-ci dəfədir ki, davam edir.

Səfərbərlik 18 yaşından 60 yaşınadək kişilərə aiddir. Hərbi xidmətdən möhlət hüququ olan kişilər orduya çağırılmır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts