BDU tələbələrinin “MDB-nin ən yaxşı tədqiqatçıları – 2024” müsabiqəsində uğuru

Tokio, 10 may , /AJMEDIA/

Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının tarix müəllimi ixtisası üzrə III kurs tələbələri Ümid Mikayılov və Həlilə Sadıqova Qazaxıstanın Astana şəhərində orta əsrlər türk-islam dünyasının böyük mütəfəkkiri Əl Fərabiyə həsr olunmuş “MDB-nin ən yaxşı tədqiqatçıları – 2024” müsabiqəsində iştirak ediblər.

BDU-dan AJMEDIA-ya bildirilib ki, Ümid Mikayılov “Axıska türklərinin deportasiya və repatriasiya problemi”, Həlilə Sadıqova “Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində Bakı və Şamaxı soyqırımları” mövzusunda məqalələrinə görə I dərəcəli diplom və “Ən yaxşı tədqiqatçı – 2024” medalı ilə təltif ediliblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts