ETSN-in mətbuat katibi: Sabahdan “Təmiz ölkəm” şüarı ilə maarifləndirici təmizlik aksiyalarına başlanılır

Tokio, 10 may , /AJMEDIA/

“Təmiz ölkəm” devizi ilə növbəti dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyi mayın 11-dən hər həftə sonu təşkil ediləcək maarifləndirici təmizlik aksiyalarına başlayır. Məqsədimiz hər kəsi öz atdıqları tullantıları toplamağa sövq etməkdir.

AJMEDIA xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bütün respublikanı əhatə edəcək mövsümi təmizlik aksiyaları barədə məlumat verərkən söyləyib.

“Gözləntimiz odur ki, “Təmiz ölkəm” sadəcə şüar olaraq qalmasın, evimiz kimi ölkəmizin də hər bucağı tərtəmiz olsun. Bu, hər birimizin məsuliyyətidir və təmizlik aksiyalarında iştirak etmək, örnək göstərmək vətəndaşlıq borcumuzdur. Çünki cəmiyyəti narahat edən məsələlərdən biri də xüsusilə istirahət mövsümündə ərazilərin çirkləndirilməsidir. Təbiət turizmi mövsümü başlayır. Gəlin, tullantılara nəzarət edək, – deyə İ.İbrahimova əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts