Ərəb ölkələrində Hicri təqvimi ilə Yeni il qeyd olunur

Tokio, 30 iyul , /AJMEDIA/

Səudiyyə Ərəbistanının Ali Məhkəməsinin qərarı ilə iyulun 30-u Hicri təqvimi ilə Yeni – 1444-cü ilin və Məhərrəm ayının ilk günü elan edilib.
AJMEDIA rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, astronomik hesablamalara əsaslanan Umm əl-Qura təqvimində səmada aypara görünməsi əsasında köhnə – Hicri 1443-cü ilinin iyulun 29-u gecəsi başa çatdığı və iyulun 30-da Məhərrəm ayının başlandığı müəyyən edilib.
Ərəb ölkələrinin liderləri Hicri təqvimi ilə Yeni ilin gəlməsi münasibətilə öz xalqlarına və İslam aləminə təbriklər ünvanlayıblar. Həmçinin bəzi Yaxın Şərq və Şimali Afrika ölkələrində Məhərrəm ayının ilk üç günü bayram elan edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts