Əfqanıstan Rusiyadan qaz və neft almaq niyyətindədir

Tokio, 13 may , /AJMEDIA/

Əfqanıstan Rusiya ilə iqtisadi əməkdaşlığı gücləndirmək və bu ölkədən qaz və neft almaq üçün müqavilələr imzalamaq niyyətindədir.
AJMEDIA Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın Moskvadakı müvəqqəti işlər vəkili Camal Nasir Qarval deyib.
“Biz biznes və maliyyə sahəsində danışıqlar aparırıq. Rusiya ilə iqtisadi əməkdaşlığı inkişaf etdirmək əzmindəyik və münasibətlərdə irəliləyişin olmasını istəyirik. Konkret sahələrə gəlincə, biz Rusiyadan neft və qaz almaqda maraqlıyıq. Bu ilk növbədə ölkəmizə lazımdır”, – deyə o bildirib.
Qeyd edək ki, Camal Nasir Qarval “Taliban” hərəkatı tərəfindən Əfqanıstanın Moskvadakı müvəqqəti işlər vəkili təyin edilib və aprel ayında Rusiya Xarici İşlər Nazirliyi tərəfindən ona rəsmi akkreditasiya təqdim olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts