Türkiyə ordusu Suriyanın şimalında daha 41 terrorçunu zərərsizləşdirib

Tokio, 14 iyun , /AJMEDIA/

Türkiyə ordusu Suriyanın şimalındakı Tel Rıfat və Münbiç bölgələrində daha 41 YPG (PKK qruplaşmasının Suriya qanadı) terrorçusunu məhv edib.
AJMEDIA Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
“Biz hərbi bazalarımıza hücum edən terror təşkilatları ilə hesab çəkməyə davam edirik. Qəhrəman Türkiyə Ordusu Tel Rıfat və Münbiç bölgələrində PKK/YPG qruplaşmasının sığınacaqlarına zərbələr endirərək 41 terrorçunu məhv edib”, – deyə məlumatda bildirilir.
Türkiyə Ordusunun əməliyyatı “Cibrin” hərbi bazası və “Öncüpınar” polis postunun terrorçular tərəfindən atəşə tutulmasına cavab olaraq keçirilir. Məhv edilən silahlılar arasında polis postuna hücumu planlaşdıran terrorçuların da olduğu deyilir. Bununla da ötən həftənin sonundan bəri Suriyanın şimalında məhv edilən terrorçuların sayı 53-ə yüksəlib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts