Taekvondoçumuz V İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib

Tokio, 11 avqust , /AJMEDIA/

Azərbaycan taekvondoçuları V İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxışlarını davam etdirirlər.
AJMEDIA xəbər verir ki, təmsilçimiz Minayə Əkbərova (46 kq) rəqiblərini məğlub edərək yarımfinala adlayıb. O, bununla özünə minimum bürünc medalı təmin edib. İdmançı bu gün final uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, taekvondoçularımız bunadək 1 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar. Belə ki, Fəridə Əzizova (67 kq) qızıl, Cavad Ağayev (68 kq) gümüş, Patimat Abakarova (49 kq) və Həşim Məhəmmədov (58 kq) bürünc medallara yiyələniblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts