Tacikistan-Qırğızıstan sərhədində baş verən münaqişədə tacik tərəfdən iki nəfər ölüb

Tokio, 28 yanvar, /AJMEDIA/

Tacikistanın Qırğızıstanla sərhədində yerləşən İsfara şəhəri yaxınlığında sərhədçilər arasında baş verən silahlı münaqişə nəticəsində ötən gecə tacik tərəfdən 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

AJMEDIA Tacikistan Dövlət Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, yaralananlardan 6-sı hərbçi, 4-ü mülki şəxsdir.

Qırğızıstan tərəfinin yaydığı məlumata görə, qarşıdurmada 11 hərbçi yaralanıb.

Qırğızıstan sərhəddə yerləşən kəndlərdən 11 mindən çox sakini təhlükəsiz ərazilərə köçürüb.

Bu gün səhər saatlarından başlayaraq sərhəddə vəziyyətin sabitləşdiyi barədə məlumatlar yayılmaqdadır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts