Özbəkistanda keçiriləcək prezident seçkilərində Şavkat Mirziyoyevin namizədliyi rəsmi olaraq qeydə alınıb

Tokio, 15 Sentyabr, /AJMEDIA/

Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevin Liberal-Demokratik Partiyasından prezident seçkilərində namizədliyi Mərkəzi Seçki Komissiyasında qeydə alınıb.

AJMEDIA xəbər verir ki, Özbəkistanda prezident seçkiləri oktyabrın 24-də keçiriləcək. Özbəkistan qanunlarına görə ölkədə ancaq siyasi partiyaların liderləri və ya nümayəndələri prezident seçkilərində iştirak edə bilərlər. Liberal-Demokratik Partiyasından başqa ölkədə daha dörd siyasi partiya fəaliyyət göstərir və bu partiyaların liderləri və nümayəndələri də prezident seçkilərinə qatılacaqlar.

Seçkilərdə təbliğat kompaniyasına sentyabrın 20-də başlanacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts