“Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib

Tokio, 30 avqust , /AJMEDIA/

İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
AJMEDIA xəbər verir ki, A Seriyası təmsilçisi Almaniyanın “Şalke” klubunun müdafiəçisi Malik Tiavı transfer edib. Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
İyirmi bir yaşlı futbolçu ilə beşillik müqavilə imzalanıb. Transferin digər detalları açıqlanmır.
Malik Tiav “Şalke”nin yetirməsidir. O, 2020-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Almaniyalı futbolçu bu komandada 61 oyuna çıxıb, 3 qol vurub. Mərkəz müdafiəçisi Almaniyanın U-21 yığmasında da forma geyinir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts