Kərim Benzema karyerasında 400-cü və 401-ci qollarını vurub

Tokio, 23 dekabr, /AJMEDIA/

İspaniya La Liqasının 19-cu turunda “Real Madrid” klubunun “Atletiko” üzərində qalib gəldiyi (2:1) oyun “kral klubu”nun fransalı forvardı Kərim Benzema üçün əlamətdar olub.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, həmin oyunda dubl edən Benzema peşəkar karyerasında 400-cü və 401-ci qollarını vurub. O, bu nəticəyə həm klub, həm də yığma komandanın heyətində vurduğu qollar sayəsində nail olub. Bununla da Benzema Fransanın futbol tarixində 400-dən çox qol vuran ikinci futbolçu kimi tarixə düşüb.

Xatırladaq ki, Fransanın futbol tarixində ən çox qol vuran oyunçu “Arsenal” və “Barselona” klublarının və milli komandanın sabiq forvardı Tyerri Anridir. O, karyerası ərzində rəqib qapılarına 411 dəfə yol tapıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts