Fumio Kişida: Şinzo Abenin vəziyyəti ağır olaraq qalır

Tokio, 8 iyul , /AJMEDIA/

İyulun 8-də silahlı hücuma məruz qalan sabiq Baş nazir Şinzo Abenin vəziyyəti ağır olaraq qalır.
AJMEDIA xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida Tokioda təşkil edilən mətbuat konfransında deyib.
Göz yaşlarını güclə saxlayan F.Kişida deyib: “Bu gün səhər Nara prefekturasında sabiq Baş nazir Şinzo Abeyə hücum edilib. Onun vəziyyəti ağır olaraq qalır”.
Xəbər verdiyimiz kimi, sabiq Baş nazir Şinzo Abe Nara şəhərində seçicilərlə görüş zamanı yerli vaxtla saat 11:30-da silahlı hücuma məruz qalıb. Yerli KİV-in və Liberal Demokratik Partiyanın Nara şöbəsinin məlumatına görə, Şinzo Abeyə iki dəfə atəş açılıb. O, ikinci atəşdən sonra yıxılıb.
Polisin məlumatına görə, Şinzo Abe yerə yıxıldıqdan sonra bir müddət özündə olub, lakin sonradan xəstəxanaya aparılarkən yolda huşunu itirib. Onun ürəyi və ağ ciyərinin fəaliyyəti dayanıb.
Hazırda sabiq Baş nazirin Nara Universitetinin xəstəxanasında olduğu bildirilir. Silahlı hücum zamanı onun boyun nahiyəsində və sinəsində qan ləkələrini yarandığı qeyd edilir.
Hadisəni törədən 41 yaşlı Tetsuya Yamaqama oradaca həbs edilib. Saxlanarkən onun müqavimət göstərmədiyi bildirilir. T.Yamaqamanın 2005-ci ilədək üç il müddətində dəniz özünümüdafiə qüvvələrində xidmət etdiyi bildirilir. Həmin şəxs ifadəsində Ş.Abenin siyasətindən narazı olduğu üçün onu öldürmək istədiyini deyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts