Bakıda Formula 2 yarışının sprint yürüşünün qalibləri mükafatlandırılıb

Tokio, 12 iyun , /AJMEDIA/

İyunun 11-də Bakıda keçirilən Formula 2 yarışının sprint yürüşünün qalibləri mükafatlandırılıb.
AJMEDIA xəbər verir ki, yürüşdə “ART Grand Prix” komandasının pilotu Frederik Vesti birinci, “Prema Racing”dən Cehan Daruvala ikinci, “Carlin” komandasının sürücüsü Liam Louson isə üçüncü olublar.
Mükafatları pilotlara Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti Adil Kərimli və Milli Məclisin deputatı Nigar Arpadarai təqdim ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts