Azərbaycanın və Çilinin Paralimpiya komitələri əməkdaşlığa başlaya bilər

Tokio, 17 Sentyabr, /AJMEDIA/

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) baş katibi Kamal Məmmədov Çilinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Fidel Coloma ilə görüşüb.

AMPK-dan AJMEDIA-ya bildiriblər ki, F.Coloma Azərbaycan komandasının “Tokio-2020” XVI Yay Paralimpiya Oyunları zamanı əldə etdiyi yüksək nailiyyətlərlə bağlı komitənin baş katibi Kamal Məmmədovu təbrik edib, ölkədə Paralimpiya Hərəkatının yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.

F.Coloma ölkəsinin də Paralimpiya dəyərlərinə önəm verdiyini bildirib, AMPK ilə Çili Paralimpiya Komitəsi arasında əlaqələrin qurulmasının vacibliyini qeyd edib. O, idman sahəsində müxtəlif proqramlar çərçivəsində birgə əməkdaşlığı dəstəklədiyini vurğulayıb.

Daha sonra tərəflər gələcək əməkdaşlıqla bağlı bir sıra məsələləri müzakirə ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts