Azərbaycan Xüsusi Olimpiya Komitəsinin futbol komandası Estoniyada beynəlxalq turnirin qalibi olub

Tokio, 12 iyul , /AJMEDIA/

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin oğlanlardan ibarət futbol yığma komandası Estoniyanın Vilyandi şəhərində keçirilən beynəlxalq turnirin qalibi olub.
AJMEDIA xəbər verir ki, turnirin ikinci günündə qrup oyunlarında Belçikanı 4:0 və Macarıstanı 3:1 məğlub edən yığma komandamız divizionda birinci yerə çıxıb və finala vəsiqə qazanıb.
Final mərhələsində Litva yığma komandası ilə qarşılaşan xüsusi olimpiyaçılarımız 3:0 hesabı ilə qalib gələrək turnirin qalibi adını qazanıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts