Azərbaycan UEFA-nın reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını artırıb

Tokio, 20 iyul , /AJMEDIA/

Azərbaycan UEFA-nın reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını artırıb.
AJMEDIA xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk görüşündə İsveçrənin “Sürix” klubu üzərində qazandığı 3:2 hesablı qələbə sayəsində mümkün olub. Qalibiyyət 4 klubla təmsil olunan ölkənin aktivinə daha 0,250 xal gətirib.
Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 0,500-ə, son 5 mövsümdə isə 13,125-ə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb. 28-ci pillədə isə 14,000 xalla Polşa qərarlaşıb.
Azərbaycanın bu turnirdəki təmsilçiləri “Neftçi”, “Zirə” və “Qəbələ” isə yarışa UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsindən start verəcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts