Azərbaycan millisinin Avropa çempionatının ikinci seçmə mərhələsində keçirəcəyi oyunların tarixi müəyyənləşib

Tokio, 14 dekabr, /AJMEDIA/

On doqquz yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının ikinci seçmə mərhələsində keçirəcəyi oyunların tarixi müəyyənləşib.

AJMEDIA AFFA-ya istinadla xəbər verir ki, B liqasından A liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq millimiz birinci qrupda Şimali İrlandiya, Farer adalar və Malta komandaları ilə qarşılaşacaq.

Bu qrupun oyunları gələn ilin aprel ayında Şimali İrlandiyada təşkil olunacaq. Millimiz aprelin 6-da Farer adalar, üç gün sonra Malta, ayın 12-də isə Şimali İrlandiya komandası ilə üz-üzə gələcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts