Azərbaycan millisi səfərdə Yunanıstan yığmasını 7:0 hesabı ilə məğlub edib

Tokio, 12 oktyabr , /AJMEDIA/

Futzal üzrə Azərbaycan millisi dünya çempionatının əsas seçmə mərhələsində növbəti qələbəsini qazanıb.
AJMEDIA xəbər verir ki, millimiz VI qrupun ikinci turunda Yunanıstan seçməsinin qonağı olub. Afinadakı Teodoros-Putos idman zalında oynanılan matçda Azərbaycan yığması rəqibini 7:0 hesabı ilə məğlub edib. Millimizin heyətində Xətayi Bağırov və Qallo dubl ediblər. Rafael Vilela, Tyaqo Bolinya və Conatas Felipe hərəyə bir dəfə fərqləniblər.
Hesabında 6 xal olan Azərbaycan millisi qrupda birinci pillədə yer alıb. İkinci pillədə 3 xalla Polşa qərarlaşıb. Xalı olmayan Yunanıstan isə sonuncudur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts