Avropada qazın qiyməti 1500 dolları ötüb

Tokio, 1 aprel , /AJMEDIA/

Avropa bazarında aprelin 1-də keçirilən hərracın açılışında mavi yanacağın min kubmetrinin qiyməti 5 faiz artaraq 1500 dolları ötüb.

AJMEDIA xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, hazırda Niderlanddakı TTF habında min kubmetr qazın may fyuçersinin qiyməti 1522 dollara qalxıb. Ümumilikdə isə mavi yanacağın qiymətində 5,6 faiz bahalaşma müşahidə olunub.

Bir müddət öncə prezident Vladimir Putin yeni fərman imzalayaraq, qeyri-dost ölkələrdən olan alıcılar tərəfindən Rusiya qazının tədarükü üçün ödənişin yeni qaydalarını müəyyənləşdirib. Fərmana əsasən, belə alıcılar aprelin 1-dən etibarən tədarük haqqını ödəmək üçün “Qazprombank” kompaniyasında xüsusi rubl hesabları açmalıdırlar.

Qeyd edək ki, martın 7-də Avropada mavi yanacağın qiyməti tarixdə ilk dəfə min kubmetrə görə 3900 dollara çatmışdı.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts