Əfqanıstanda terror aktı törədilib, iki jurnalist həlak olub

Tokio, 11 mart , /AJMEDIA/

Bu gün Əfqanıstanın Məzari-Şərif şəhərində “Əfqanıstanın səsi” (AVA) informasiya agentliyinin binasında partlayış törədilib.
AJMEDIA xəbər verir ki, partlayış binada mətbuat konfransı keçirilən zaman baş verib. Nəticədə 2 jurnalist ölüb, 32 nəfər isə yaralanıb. Hadisə yerinə gələn Əfqanıstanın təhlükəsizlik qüvvələrinin nümayəndələri partlayışın terror aktı olduğunu bildiriblər.
Hazırda araşdırma aparılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts