Zaqreb Qran-Pri turnirinin son günündə 3 cüdoçumuz mübarizəyə qoşulur

Tokio, 17 iyul , /AJMEDIA/

Bu gün cüdo üzrə Zaqreb Qran-Pri turnirinin sonuncu gününün yarışları keçirilir.
AJMEDIA xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən turnirin üçüncü günündə daha 3 idmançımız mübarizəyə qoşulur. Belə ki, Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşanqi Kokauri (+100 kq) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, bundan əvvəl cüdoçularımız Yaşar Nəcəfov (66 kq) qızıl, Səid Molayi (81 kq) isə gümüş medal qazanıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts