Yunan-Roma güləşçilərimiz U-23 dünya çempionatında mübarizəyə başlayırlar

Tokio, 17 oktyabr , /AJMEDIA/

Bu gün Azərbaycanın 4 yunan-Roma güləşçisi İspaniyanın Pontevedra şəhərində start götürəcək U-23 dünya çempionatında mübarizəyə başlayacaq.
AJMEDIA xəbər verir ki, çempionatın ilk yarış günündə Nihad Quluzadə (55 kq) dörddəbir final mərhələsində Artyom Deleanu (Moldova) / Giorgi Toxadze (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək. Ziya Babaşov (63 kq) səkkizdəbir finalda Endi Xuan Suçla (İspaniya) görüşəcək. Laçın Vəliyev (87 kq) eyni mərhələdə Andreas Vaelislə (Estoniya), Sərxan Məmmədov (130 kq) isə Damir Zuparovla (Qazaxıstan) güləşəcək.
Qarşılaşmalar Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts