Yeni Zelandiya Rusiyadan idxal edilən məhsullara 35 faiz rüsum tətbiq edəcək

Tokio, 6 aprel , /AJMEDIA/

Yeni Zelandiya hökuməti Rusiyadan gətirilən bütün məhsullara 35 faiz rüsum tətbiq etmək niyyətindədir.

AJMEDIA xəbər verir ki, bu barədə Yeni Zelandiyanın xarici işlər naziri Nanaii Mahuta və ticarətin artımı və ixrac naziri Demiena О’Konnarın aprelin 6-da hökumət saytında yayılan birgə bəyanatında qeyd edilib.

“Hökumət elan edir ki, Rusiyadan idxal olunan bütün məhsullara 35 faiz rüsum tətbiq edir və bu qərar Rusiya sənayesinin strateji sahələrinə aid olan sənaye məhsullarını da əhatə edəcəkdir”, – deyə bəyanatda bildirilir.

Həmçinin qeyd edilir ki, həmin qərar informasiya-kommunikasiya texnologiyalarını və mühərrikləri də əhatə edəcək. Yeni qaydaların aprelin 25-dən qüvvəyə minəcəyi bildirilir.

Bu ərəfədə Yeni Zelandiya hökuməti bəzi Rusiya vətəndaşlarının ölkəyə girişini məhdudlaşdırıb. Bununla yanaşı, Rusiyanın müdafiə sənayesi və təhlükəsizlik orqanları ilə əlaqədə olan müəssisələr, hüquqi və fiziki şəxslərin istifadəsi üçün nəzərdə tutulan məhsulların ölkəyə idxalına da qadağa tətbiq edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts