Yaponiyanın hakim partiyası ölkənin müdafiə xərclərinin ən azı iki dəfə artırılmasını təklif edib

Tokio, 16 aprel , /AJMEDIA/

Yaponiyanın hakim Liberal Demokratik Partiyası (LDP) qarşıdakı beş ildə ölkənin müdafiə xərclərinin ümumi daxili məhsulun (ÜDM) ən azı iki faizi qədər artırılmasını təklif edib.
AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, bu, ölkənin müdafiə büdcəsini NATO üzvləri arasında bölünən rəqəmə çatdıracaq.
Yaponiyanın Sahil Mühafizəsi Xidmətinin xərclərinin də daxil edildiyi artım LDP-nin təhlükəsizlik üzrə tədqiqat komissiyasının hazırladığı təkliflər paketinə daxildir.
Qeyd edək ki, 2021-ci maliyyə ilində Yaponiyanın müdafiə xərcləri ölkə üzrə ÜDM-in 1,24 faizini təşkil edib.
Təklif edilən layihədə qeyd olunur ki, Yaponiya mümkün düşmənin raket bazalarına zərbə endirməyə qadir olmalı və ölkənin müdafiə siyasəti çərçivəsində idarəetməni və nəzarəti həyata keçirməlidir.
Mütəxəssislərin rəyinə görə, raket texnologiyalarının sürətli inkişafı Yaponiyanın özünü yalnız mülki müdafiə vasitələri ilə müdafiə edə biləcəyini deməyə əsas vermir.
Layihə hökumətin cari ilin sonunadək milli təhlükəsizlik strategiyasına və təhlükəsizliklə bağlı daha iki sənədə baxacağı barədə yaydığı məlumatdan sonra meydana gəlib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts