Yaponiyanın cənub-qərbində yerləşən Aso vulkanı püskürüb

Tokio, 21 Oktyabr, /AJMEDIA/

Oktyabrın 20-də Yaponiyanın cənub-qərbində yerləşən Kyüşü adasındakı Aso vulkanı püskürüb.AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. NHK telekanalının yaydığı kadrlarda Kumamoto prefekturasında yerləşən vulkandan qalxan qara tüstü aydın görünür. Püskürmə anında vulkanın yaxınlığında yerləşən dayanacaqda bir neçə avtobusun və 20-dək avtomobilin olduğu bildirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts