ABŞ Prezidenti Yaxın Şərqdə baş verən son hadisələri milli təhlükəsizlik komandası ilə müzakirə edəcək

Tokio, 14 aprel , /AJMEDIA/

ABŞ Prezidenti Cozef Bayden İsraillə İran arasında artan gərginlik fonunda Orta Şərqdə baş verən hadisələri milli təhlükəsizlik komandası ilə müzakirə etmək üçün həftə sonu Vaşinqtona qayıdıb.

AJMEDIA xəbər verir ki, bu barədə Ağ evin yaydığı məlumatda deyilir. Bildirilir ki, Cozef Bayden həftə sonunu Delaverdəki iqamətgahında keçirməyi planladırsa da, Prezident qısa müddətlik Ağ evə dönüb.

Ötən gün ABŞ Prezidenti Cozef Bayden Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən deyib ki, İran Suriyadakı səfirliyinin konsulluq bölməsinə İsrailin bu yaxınlarda endirdiyi zərbəyə cavab olaraq hərbi güc tətbiq etmək niyyətində olsa, bu, alınmayacaq.

“Biz İsraili dəstəkləyəcəyik, İsrailin müdafiəsinə kömək edəcəyik. İran isə buna nail olmayacaq”,- deyə ABŞ Prezidenti əlavə edib.

Eyni zamanda, Amerika lideri Tehranı hazırkı vəziyyətdə güc tətbiq etməməyə çağırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts